n2006

n2006 Mətbəx 13-12-2021, 15:29

30 Dəqiqəyə Dadlı Suxarili Salat

30 Dəqiqəyə Dadlı Suxarili Salat
Tez və asan hazırlanan salat resepti axtarırsınız? Sadəcə yarım saat vaxtınızı alacaq dadlı, suxarili salat hazırlayın.

Tərkibi :

1 banka (350 qr) konservləşdirilmiş qarğıdalı dənəsi
1 banka (350 qr) konservləşdirilmiş qırmızı lobya
150 qr holland pendiri
150 qr toyuq filesi
2-3 xörək qaşığı mayonez
1 paket suxari
Hazırlanma qaydası:

Pendiri kub formasında doğrayın. Toyuq filesini az duzlu suda bişirib soyudun və əti didin. Qırmızı lobyanı özünüz ev şəraitində suda bişirə bilərsiniz və ya konservləşdirilmiş lobyadan istifadə edə bilərsiniz. Bir qabda konservləşdirilmiş qarğıdalı dənəsi, qırmızı lobya, doğranmış holland pendiri, didilmiş toyuq filesi töküb qarışdırın. Üzərinə mayonez əlavə edib yaxşıca qarışdırın. 1 paket suxarini də səpib süfrəyə verə bilərsiniz. Suxari duzlu olduğu üçün duz əlavə edilmir (zövqə görə əlavə edə bilərsiniz). Suxari tez yumşaldığı üçün salatın üzərinə süfrəyə verməzdən 5 dəqiqə əvvəl səpin. Zövqə görə doğranmış göyərtiylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
592 651 533 557 602 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.