XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Mətbəx 14-12-2021, 12:00

Ev şəraitində Toyuq kolbasa'sı Resept'i

Ev şəraitində Toyuq kolbasa'sı Resept'i
.Yalnız təbii məhsullardan istifadə edərək,hətta balaca uşaqlara rahatlıqla verə biləcəyiniz evdə kolbasa hazırlamaq olar.Ev şəraitində heç bir konservant və digər zərərli əlavələri olmadan hazırlanan kolbasa uşaqların qidalanması və ailə üçün idealdır.

LoaDinG.Az sizinlə ev şəraitində hazırlanan toyuq kolbasasının reseptini bölüşür:

500 qr. toyuq döş əti
2 ədəd yumurta
yarım stəkan zeytunyağı
2 böyük diş sarımsaq
1 çay qaşığı kimyon
1 çay qaşığı istiot
1 çay qaşığı qırmızı toz bibər
1 xörək qaşığı kəklikotu
1.5 çay qaşığı duz

Blenderə(ya da əl blenderi) yumurta,yağ,sarımsaq,duz və ədviyyatları əlavə edib qarışdırın.Toyuq ətlərini(dərisi soyulmuş) əlavə edib məcun konsistensiyasında olana qədər yenidən blenderlə qarışdırın. İki qat streç salafanı düz bir zəminə sərin. Orta hissəsinə hazırladığınız içliyi töküb kolbasa forması verin və kənarlarını konfet kimi bükərək sıxın. Çox incəltməyin.Kənarda qalan qisimlərə möhkəmcə düyün atın(artıq qalan hissəsini kəsin).Bir qat alüminium folqa sərib,kolbasanı folyoya da bükün.Yəni əvvəl streç salafana,daha sonra folyoya bükülmüş olacaq. Bir qazana kolbasanı yerləşdirin. Üzərinə çıxacaq qədər qaynar su əlavə edib qapağını bağlayın.Qaynamağa başladıqdan sonra zəif odda 30 dəqiqə bişməyə qoyun.Bişdikdən sonra kolbasanı sudan çıxarıb 10 dəqiqə qədər gözlədib və üzərindən folyoyu çıxarın. Kolbasanı dilimləyərək,arzu etdiyiniz şəkildə istifadə edə bilərsiniz.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
509 636 525 484 550 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.