XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL Mətbəx 19-12-2021, 10:30

Vafli resepti

Vafli resepti
çoxunuzu uşaqlıq illərinə aparacaq. 80-90- cı illərdə elektrovafli aparatı demek olar ki, her evdə var idi. Ləzzətli Vaflilər qonaqlıq süfrələrindən əskik olmazdı. Hətta çoxumuzun evində bu aparat hələ də durur. Odur ki, elektrovaflilərin tozunu silib, dadına doyum olmayan bu şirniyyatı hazırlamağa tələsin.

Vaflinin tərkibi:
Xəmir üçün
5 ədəd yumurta
350-400 qr un
250 qr kərə yağı
200 qr şəkər tozu
vanil
1 çimdik duz
Krem üçün
bişmiş qatılaşdırılmış süd və ya zövqə görə istənilən krem
Hazırlanma qaydası:
Şəkər tozu ilə yumurtaları mikserlə çalırıq. Üzərinə duz və vanil səpirik. Yumuşaldımış kərə yağını əlavə edib qarışdırmağa davam edirik. Unu da səpib xəmir hazırlayırıq. Elektrovafli adlanan sobanı öncədən yaxşıca isidirik. Sonra hazırladığımız xəmirdən bir neçə qaşıq bu sobaya töküb, kitab formasında bağlayırıq. Vafli qızılı rəngə çalanadək saxlayıb qızardırıq. Bıçaq vasitəsi ilə sobanın içindən ayırıb, isti-isti rulet kimi bükürük. Qeyd etdiyimiz kimi, içərisinə zövqə görə krem qoyub, çay süfrəsinə təqdim etmək olar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
591 579 503 504 500 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.