reklam
Azerbaycanın Unudhlmuş Şeşəndər plovu Azerbaycanın Unudhlmuş Şeşəndər plovu https://take.az/uploads/posts/2022-01/medium/1641402718_9f3a587c-e0f6-4cf8-9d66-a57e04ec2abd.jpeg
aynure

aynure Mətbəx 5-01-2022, 21:30

Azerbaycanın Unudhlmuş Şeşəndər plovu

Azerbaycanın Unudhlmuş Şeşəndər plovu
Keçmişdə Abşeron əhalisinə xas olan Şeşəndaz (Şazəndə) unudulmuş yeməklərdəndir. Şeşəndaz həm ətsiz , həm də ət ilə hazırlanır. Bu plov adətən qışda varlı ailələrdə bişirilirdi. LoaDinG.Azxebər verir ki.Milli mətbəximizin unudulmuş yeməklərindən Şeşəndaz plovunun reseptini təqdim edir.

Tərkibi:

150 qr düyü
50 qr ərinmiş kərə yağı
2 ədəd yumurta
100 qr soğan
0,5 qr lumon duzu
5 qr şəkər tozu
0,1 qr zəfəran
0,2 qr darçın
duz, istiot
Hazırlanma qaydası:

İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.

Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.

Nuş Olsun!

Qeyd: Şəşəndazı ətsiz bişirdikdə süfrəyə verdikdə üzərinə doşab və ya abqora tökə bilərsiniz. Ət ilə bişirildikdə doğranmış mal əti soğanla birlikdə qovrulmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
227 201 227 222 196 237

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.