n2006

n2006 Mətbəx 8-01-2022, 16:00

Ev Şəraitində Limonlu Marmelad

Ev Şəraitində Limonlu Marmelad
Marmelad -dünyanın bütün qitələrində ən məşhur desertlərdən biridir. Siz ev şəraitində təbii,heç
bir konservantsız, tez və dadlı marmelad hazırlmaq istəyirsinizisə bu resepti sınaqdan keçirin. LoaDinG.Az ev şəraitində limonlu marmeladın reseptini təqdim edir.

Tərkibi:

180 ml limon şirəsi
20 qr jelatin
180 ml su
3 çay qaşığı şəkər tozu
Hazırlanma qaydası:

Jelatinin üzərinə 60 ml soyuq qaynanmış su töküb 5-10 dəqiqə şişməsi üçün kənarda saxlayın. Başqa bir qabda 120 ml suyla şəkər tozunu qarışdırın. Şəkərlə su qarışığını zəif ocaqda qaynadın. Ocaqdan götürdüyünüz siropun üzərinə jelatin siropunu əlavə edin. 3 ədəd limonun şirəsini çıxarıb, süzgəc köməyi ilə hazır kütlənin üzərinə süzüb qarışdırın. Hazırladığınız kütləni formaya tökün, qapağını örtüb 2 saatlıq soyuducuda soyudun. Soyuyan marmeladı kub formasında kəsib şəkər tozuna bulayın. Siz həmçinin limon şirəsi əvəzinə portağal və ya qreyfrut şirəsi istifadə edə bilərsiniz.




Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
654 560 516 533 546 453

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.