DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. İdman 17-01-2022, 19:30

Azərbaycan klubları polşalı yarımmüdafiəçi ilə maraqlanır

Azərbaycan klubları polşalı yarımmüdafiəçi ilə maraqlanır
Moldovanın "Zimbru" klubunun futbolçusu Martin Kuyttinen karyerasını Azərbaycanda davam etdirə bilər.

Bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov yerli mətbuata açıqlama verib.

Onun sözlərinə görə, 25 yaşlı hücumameylli yarımmüdafiəçi Azərbaycan və Polşa klublarının diqqət mərkəzinə düşüb. Adıgözəlov polşalı oyunçu ilə maraqlanan komandaların adlarını açıqlamayıb.

Qeyd edək ki, Martin Kuyttinen daha əvvəl "Vikinqur", Portuqaliyanın "Agias-du-Moradal" və "Sintrense" klublarında, həmçinin İspaniya "Valyadolid"inin U-19 komandasında çıxış edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
427 411 339 360 376 381

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.