DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Mətbəx 20-01-2022, 16:00

"Xoruz" salatı

"Xoruz" salatı
"Xoruz" salatının hazırlanma qaydasını təqdim edirik

Tərkibi: 

2 toyuq budu

1 soğan

3 yumurta

100 q bərk pendir

0.5 st. uzun düyü

3 marinə edilmiş xiyar

2 yerkökü 

2 diş sarımsaq 

150 q mayonez

1 ədəd qara zeytun

1 bolqar bibəri 

göyərti 

Toyuq budunu suda bişirib soyuduqdan sonra əti sümükdən ayırın. Düyünü, yerkökü və yumurtaları ayrılıqda qaynadın. Sarımsağı əzib mayonezlə qarışdırın. 

Perqamenti xoruz formasında kəsib buluda qoyun. Üzərinə azca su çiləyin (ya da salfeti isladıb üzərinə çəkin). 

Aralarına mayonez çəkməklə lay-lay düzün: düyü + xırda kubik doğranmış yerkökü (dimdik üçün balaca hissəsini saxlayın) + xırda doğranmış soğan + ət + nazik fal-fal doğranmış xiyar + sürtgəcdən keçirilmiş yumurta + sürtgəcdən keçirilmiş pendir. Salatın kənarlarına da mayonez çəkin. Qara zeytundan göz, yerköküdən dimdik, bolqar bibərindən xoruzun quyrugu və pipiyini düzəldin, göyərti ilə bəzəyin. 

Soyuducuda bir neçə saat saxlayın. 

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
531 487 473 477 458 495

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.