Sənsiz
Mən baxa bilmərəm yağışa sənsiz.
Yağışa göz yaşım qarışa sənsiz.
Həsrətdən saçıma qar ələnibdi.
Qorxuram üzüm də qırışa, sənsiz.
Tənha yaşamaqdan bezar olmuşam.
Sanki bənzəyirəm bayquşa sənsiz.
Ay şəfəq saçsada yerin üzünə.
Çəkinir ulduzlar sayrışa sənsiz.
Səninlə qışım da bahar olurdu.
Dönübdü baharım bir qışa sənsiz.
Sən getdin gül soldu, lal oldu bülbül.
İnanmıram birdə danışa sənsiz.
Daha tüstülənmir söndü ocağım.
Bir közü qalmayıb alışa sənsiz.
Dərddən boğuluram, deyə bilmirəm.
Dərdimi doğmaya tanışa sənsiz.
Bicarə İbonu xəyal aparıb.
Dönüb yazıq-yazıq dalmışa sənisz.
Müəllif : İbrahim Ağayev






