n2006

n2006 Mətbəx 29-01-2022, 18:00

Toyuqlu Və Göbələkli Salat Tortu

Toyuqlu Və Göbələkli Salat Tortu
Bayram və ya ad günü üçün süfrəyə verilən salatlarla qonaqlarınızı təəccübləndirə bilərsiniz. LoaDinG.Az toyuqlu, marinə edilmiş gobələkli salatın reseptini təqdim edir.

Tərkibi:

1 banka marinə edilmiş göbələk
300 qr toyuq filesi
2 ədəd yerkokü
3 ədəd kartof
3 ədəd yumurta
3 ədəd turşu xiyar
2 tikə marinə edilmiş bibər
1 banka qarğıdalı dənələri konservi
1 dəstə yaşıl soğan
30p-400 qr mayonez
duz, istiot zövqə görə
Hazırlanma qaydası:

Bir qabda kartof, yerkökü və yumurtanı soyutma bişirin. Toyuq filesini doğrayıb duz istiot vurun. Doğranmış fileni tavada yağda 3-4 dəqiqə qovurun. Qabığı soyulmuş yumurta, kartof, yerkökü, turşu xiyar, marinə olunmuş bibər və yaşıl soğanı xırda doğrayın. Qarğıdalı dənəsini süzüb, bir az üzəri üçün kənara ayırın. Göbələkləri süzüb suyunu çəkin. Diametri 26 sm olan dairəvi qəlibə streç salafan sərin. Süzülmüş göbələkləri bütöv şəkildə papaqları aşağı olmaq şərtiylə düzün. Üzərinə xırda doğranmış yaşıl soğan səpin. Daha sonra yerkökü yerkökü töküb, duz və istiot vurub mayonez yaxın. Üstündən toyuq filesi qızartmasını yayın. Bu qatın üsütndən doğranmış turşu xiyar, bibər, qarğıdalı dənələri düzüb və mayonez yaxın. Qarğıdalı dənəsindən üzəri üçün bir az ayırın.Bir qata da xırda doğranmış yumurta, duz, istiot və mayonez yaxın.Ən son qat kartof, duz, istiot və mayonez yaxın. Salatın üzərini folqa kağızıyla örtüb 6-7 saatlıq soyuducuya yerləşdirin. Daha sonra folqa kağızını çıxarıb böyük boşqabla salatı örtün. Salatı boşqaba çevirib streç salafanı ehtiyyatla çıxarın. Üzəri üçün ayırdığınız qarğıdalı dənələrini salatın kənarlarından düzə bilərsiniz. Salat hazırdır, süfrəyə verə bilərsiniz.

Nuş Olsun!


Toyuqlu Və Göbələkli Salat Tortu




Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
739 773 682 725 677 642

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.