Üz dərisini soydurmaq nə dərəcədə doğrudur
Dəri insan bədəninin ən vacib hissələrindən biridir. Bütün bədən orqanları kimi zaman-zaman dəri də təzələnməyə və dincəlməyə ehtiyac duyur. Əvvəllər dəri təmizlənməsi su və sabunla, yaxud müxtəlif maskalarla həyata keçirilirdisə, müasir dövrdə bu da texnikaların öhdəsinə buraxılıb. Artıq dəri cavanlaşdırılması və təmizlənməsi müxtəlif aparatlar vasitəsi ilə həyata keçirilir. Bunun ən çox yayılmış növü peelinqdir. Peelinq müxtəlif yollarla dərinin üst, yaxud daha dərin qatlarının soyulmasıdır.
24 yaşlı Ülkər Mehdiyeva üzə tətbiq olunan aparatlara qarşı olduğunu bildirir: "Nə epilyasiya, nə də peelinq elətdirmişəm. Bədənə aparatların tətbiq olunmasından qorxmuram, amma üz həssasdır və iz qoymasından ehtiyat edirəm. Xüsusən cavanlara peelinq məsləhət görmürəm".
Dermatoloq Günel Rzayevanın sözlərinə görə, ixtisaslaşmış kosmetoloq tərəfindən edilən peelinqin heç bir qorxusu yoxdur. Dərinin üst təbəqəsindəki problemli qatların soyulması dərini daha da canlandırır və hamar edir: "Təəssüf ki, bizdə xanımlar yaşına baxmadan peelinqə müraciət edirlər. Peelinq üzdəki incə qırışların yox olması, qalın qırışların incəldilməsi, ləkələrin azaldılması üçün istifadə olunan bir metoddur. 20-22 yaşında bir qızın peelinqi sabun və su olmalıdır. Ona görə də yaşından tez qocalmalar artır".
G.Rzayeva bildirir ki, gənclər üzdəki civzələrin yox olması üçün peelinqə üz tuturlar, amma bu, müvəqqəti bir çıxış yoludur. Daxili təmizlənməyən bir insan xaricindən gözəllik gözləməməlidir: "Cavanların üz dərisi soydurmağa meyli əsasən problemli dəriyə malik olduqları üçündür. Civzələr daxili orqanlardakı narahatlıqlardan da yarana bilər, dərinin təmiz saxlanmamasından da. Bu problemlərə görə peelinqə getmək və üzü soydurmaq qısa bir müddətdən sonra yenidən civzələrlə qarşılaşmağınıza səbəb olacaq. Bir sözlə, peelinq həqiqətən ehtiyacı olan xanımlar üçün yaxşı üsuldur, ziyansızdır. Yeniyetmələr üçün isə yolverilməzdir".
Peelinq qırışları aradan götürmək, dəriyə cavanlıq bəxş etmək, dərinin üst təbəqəsini yumşaltmaq, civzə izlərini yox etmək üçün istifadə olunur. Xanımlara peelinqin 4 növü tətbiq olunur. Kimyəvi, mexaniki, lazer və plazma peelinq. Dərinin yorulmuş, canlılığını və parlaqlığını itirmiş üst təbəqəsi soyulmaqla dərinin canlı qatı üzə çıxmış olur.
Kosmetoloq Narınc Feyzullayevanın sözlərinə görə, onlara peelinq üçün müraciət edən xanımlar çox olur. Əksəriyyət 30 yaşdan yuxarı xanımlardır: "18 yaşdan aşağı xanımlar üçün peelinq etmirik. 18 yaşdan yuxarılar üçün isə meyvəli ya da yoğurtlu peelinq edirik. Dəri soyulmur. Müraciət edənlər isə dərini cavanlaşdırmaq və qırışları yox etmək istəyən orta yaş xanımlardır. Kimyəvi peelinq daha çox edirik. Kimyəvi peelinq göz ətrafında olan qaz ayağı adlanan qırışları və ağız kənarındakı qırışları yox edir, sallanmış dərini daha dolğun göstərir, üzdə əvvəlcədən mövcud olan yara və sızanaq izlərini itirir. Dəridə olan günəş və yaşla bağlı olan ləkələri təmizləyir. Kimyəvi peelinq edilən üzdə gözlə görülən açıq yaralar, uçuqlar olmamalıdır. Müraciət edən xanımlardan allergiyası olub olmadığını, son aylar mütəmadi hansı dərmanları qəbul etdiyini, eqzema, dermatit kimi xəstəliklərinin olub olmadığını soruşub dəqiqləşdiririk. Peelinq üçün heç bir problem yoxdursa, üz soyulmasına başlayırıq".
Dəri təmizləndikdən sonra xüsusi hazırlanan kimyəvi qarışıq üzə tətbiq olunur. Beləliklə, dərinin üst təbəqəsi qabarıb soyulur. Bundan sonra üzə nəmləndirici və günəşdən qoruyan kremlər tətbiq olunur. Kobud desək, dəri hüceyrələrinin üst təbəqəsi götürülür, altda qalan təbəqə isə quruyub tökülür. Bununla da dərinin bir qatı soyulmuş olur. Peelinqdən yaxşı nəticə almaq üçün 2-3 həftə ara ilə 6-7 seans kimyəvi peelinq etdirmək lazımdır. Dəri canlılığını qorumaq üçün isə 2 aydan bir yenidən peelinq etdirmək məsləhətdir.
Kosmetoloq bildirir ki, peelinqdən sonra dəridə yaranan quru qabıqları əllə qoparmaq olmaz. Əllə müdaxilə olunan qabıqlar yaraların əmələ gəlməsinə səbəb olar: "Dəri yüngül peelinq olunursa 3-4 gün qızartılar olur və təmizlənir. Dəri dərin qatlarına qədər peelinq olunubsa o zaman qabıqlanıb təmizlənməsi 1-2 həftəyə qədər uzanır. Bu dəridən asılıdır. Qabıqlanan dərini qaşımaq, qoparmaq olmaz. Narahatlıq yaranmasın deyə dəriyə nəmləndirici kremlər sürtmək daha faydalıdır. Soyulan dəri günəş şüalarından qorunmalı və mümkün qədər makiyaj edilməməlidir".
Həmsöhbətimizin sözlərinə görə, evdə də peelinq etmək mümkündür. Salonlara gəlmədən də evdə peelinq etmə yolları var. Salonda tətbiq olunan üsul tez nəticə verirsə, evdəki üsullar bir az vaxt alır: "Evdə peelinq etmək mümkündür. Yaşlanmağı, qırışların artmasını gözləmək lazım deyil. Qatıq və duzun qarışığından alınan məhlul 2-3 dəqiqə ərzində üzə dairəvi üsulla tətbiq olunub yuyulsa, peelinq effekti verər. Evdə xanımlar üz qulluğuna vaxt ayırmadıqları üçün salondakı peelinqə üz tuturlar".
Kosmetoloq xanımların 30 yaşdan sonra peelinq etdirməyi, 30 yaşdan aşağı olan gənclərin isə üzlərinə heç bir şəkildə müdaxilə etməməyi məsləhət görür.