DeliBirHatun

DeliBirHatun özünü 🙃 xoş hiss edir. Mətbəx 1-02-2022, 17:55

Çox dadlı LANGET Resepti

Çox dadlı LANGET Resepti
Langet – mal ətinin uzun və incə şəkildə doğranmış və tavada hər iki tərəfli qızardılmış formasıdır.Langeti bişirərkən doğradığımız ətin forması sanki dilə bənzəyir.Məhz elə fransız dilindən tərcümədə də langet – dil mənasını verir.

Langetin hazırlanma qaydası ilə sizi də tanış edək.

Lazım olan ərzaqlar :
Can əti
Sarımsaq və ya sarımsaqdan ibarət qarışıq toz
Mayonez
Qatıq
Duz
Istiot
Yağ

Hazırlanma qaydası :
İlk öncə ətləri nazik və uzun şəkildə doğrayırıq.Ətləri xüsusi ət döyən çəkiclə döyəcləyirik və hər iki tərəfinə duz, istiot vururuq.Sonra isə ət üçün sous hazırlayırıq.Qatıq, mayonez və sarımsaqdan ibarət qarışığı bir qaba töküb qarışdırırıq.Qarışdırdıqdan sonra bu kütləni ətin üzərinə töküb yaxşıca hamısını qarışdırırıq.Ət sousu daha yaxşı canına çəkməsi üçün onları bir boşqabda üst – üstə yığırıq.Daha sonra tavanı qızdırırıq və içərisinə yağ əlavə edirik.Yağ qızdıqdan sonra ətləri içərisinə yığırıq və qapaqla ağzını bağlayıb orta istilikdə ətləri bişiririk.Lakin arada ətləri çevirməyi unutmuruq.Ət qızardıqdan sonra isə yeməyimiz hazırdır.
NUŞ OLSUN!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
734 821 707 792 748 643

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.