aynure

aynure özünü 😍 sevimli hiss edir. Mətbəx 3-02-2022, 19:00

Qırmızı papaq salatı

Qırmızı papaq salatı
Özünəməxsus dadı və gözəl dekorasiyaya malik zərif və doyurucu “Qırmızı papaq” salatı bayram masanızı bəzəyəcək. LoaDinG.Az bildirir ki narla bəzədilmiş ləzzətli salatın reseptini təqdim edir.

Tərkibi:

300 qr toyuq filesi
250 qr kartof
200 qr yerkökü
250 qr mayonez
4 ədəd yumurta
150 qr pendir (bərk pendir və ya mərmər pendir)
½ nar
50 qr qoz ləpəsi
Hazırlanma qaydası:

İlk öncə toyuq filesini suda bişirin. Başqa bir qabda yumurta, kartof və yerkökünü də suda bişirin. Narı dənələyin, qozu bıçaqla xırdalayın. Bişən fileni kiçik kub formasında doğrayın. Bişmiş, qabığı soyulmuş yumurtanı rəndələyin. Kartofu və yerkökbü də kiçik kublar şəklində doğrayın. Pendiri də rəndələyin. Salatı hazırlayacağınız boşqaba halqa forması yerləşdirin.
İlk qata kartof yayın. Duz, istiot səpib mayonez yaxın.
İkinci qata rəndələnmiş pendiri yayıb mayonez yaxın.
Üçüncü qata yerkökünü yayıb mayonez yaxın.
Dördüncü qata toyuq filesini düzüb mayonez yaxın.
Beşinci qata xırdalanmış qoz ləpəsi səpib mayonez yaxın.
Altıncı qata rəndələnmiş yumurtanı da yayın.
Ən sonda üzərinə nar dənəsi səpin. Halqa formasını çıxarın və salat hazırdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 614 516 505 559 641

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.