n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Məsləhətlər 7-02-2022, 15:30

Tükənmişlik sindromu nədir?

Tükənmişlik sindromu nədir?
“Tükəndim, bax tükənirəm, off, mən tükənmişəm” sözlərini çox eşidirik. Hamı “Tükənmişlik Sindromu” hekayəsini uyduraraq yol alıb gedir. Bəs nədir bu “Tükənmişlik Sindromu”? Yaxın otur, bugün sənə tükənmişlikdən danışacağam. Hazırsansa, getdik.

Tükənmişlik Sindromu Nədir?

Streslə başlayan səyahət, ümumiyyətlə, işə getmək istəməmək, xəstələnmək, işə getsən də orada olmaq istəməmək, konsentrasiyanın zəifləməsi, yuxusuzluq, detala fikir vermək və təfərrüatlarda boğulmaq, ən kiçik detalı düşünmək, hər şeydən və sonda düşüncələrdə boğulmaq. Böyük bir nöqtə və ya böyük bir boşluqdur “Tükənmişlik Sindromu”.

Yaxşı, bu tükənmişlik sindromu necə yaranır?

İşgüzarlıq. Gec yatmağa baxmayaraq erkən qalxmaq, nahar fasiləsində yemək yeyərkən işləmək, hər gün ediləcək işlərin siyahısını tutmaq, heç bir işdə çətinlik çəkməmək, həmişə rəqabətdə olmaq, hər yerdə və istənilən vaxt işləyə bilmək, məzuniyyətə çıxmağa vaxt tapmamaq, təqaüdə çıxmaqdan qorxmaq kimi şeylər tükənmişlik sendromuna xoş gəldin deyir. Dəli kimi çalış, stress keçir, ailənlə vaxt keçirmə, tətilə getmə, işinin qarşılığını almamaq başqa şeydir, amma qarşılığını aldığın halda bununla kifayətlənmə və sonda sən tükənməyəcəksən, hə?

Bundan sonra nə olacaq? Aqressiv olacaqsan, yuxun pozulacaq, etibarsızlıq hissin başlayacaq, sağlamlıq problemləri ilə üzləşəcəksən, narahat olacaqsan, qorxu hissin güclənəcək, uğursuzluq hissinə qapılacaqsan, tək qalma və ya tək olmaq hissin başlayacaq, günahkarlıq hissin ortaya çıxacaq, ittihamçı olmaq, rol münaqişəsi yaşamaq kimi problemlərlə üzləşəcəksən.

Bunlardan sonra sən laqeydləşməyə başlayacaqsan və bir nöqtədə çox qəzəbli olsan belə reaksiya verə bilməyəcəksən. Və həqiqətən səndə tükənmə və tükənmişlik sindromu baş verəcəkdir.

Nəisə dostlar, məyus olmayın, yaxın əyləşin, mən sizi bu xəstəlikdən necə qurtaracağımı çox yaxşı bilirəm.

Tükənmişlik sindromundan necə qurtula bilərik?

Qızıl qayda: İdmanla məşğul olmaq
Bu sindromdan xilas olmaq üçün ilk növbədə, bədənimizdəki stress və təzyiqdən qurtulmalıyıq. Günə səhər saatlarında tempolu gəzinti ilə başlaya bilərsiniz. Sakit musiqi dinləməklə gəzintiyə çıxın, fikrinizi boşaldın və günə başlayın.

Sağlam qidalanmaq
Sağlam qidalanmaq ruhən və fiziki cəhətdən sağlam olmağınıza kömək edəcəkdir. Sağlam qidalanmağı pəhriz üçün deyil, bədəninizi və ruhunuzu tənzimləmək üçün edin. Unutmayın, sağlam qidalanma, eyni zamanda, insana xoşbəxtlik hissi verir.

Yuxunuza Qulluq Edin
Yuxu həyatımızda ən vacib ehtiyaclarımızdan biridir. Yaxşı yatdığınız zaman növbəti günə nə qədər təzə başlayacağınızı xatırlayın.

Ruhunuz dincəlsin
Bu sindromdan xilas olmaq üçün ən vacib şeylərdən biri də ruhunuzu dinləndirməkdir. Yorulmasanız belə, yorğun olduğunuzu hiss edəndə vücudunuzun deyil, ruhunuzun yorğun olduğunu başa düşə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, hər kəsin istirahət tərzi fərqlidir. Rahatlaşdırıcı musiqi dinləyə, nəsə yaza, meditasiyaya cəhd edə və kitab oxuya bilərsiniz.

Texnologiyadan Uzaq Bir Həyat
Həyatımızdakı texnologiya sayəsində çox şeyi asanlıqla edə bilirik. Amma texnologiya şüursuz olaraq beynimizi və bədənimizi də yorur. Odur ki, tükənmişlik sindromunda olduğunuzu düşünürsünüzsə, bir müddət texnologiyadan uzaqlaşmalısınız. Kompüterdə və telefonda özünüz üçün müəyyən vaxt təyin edə bilərsiniz.

Tükənməmək ümidi ilə… Həyatınızda uğurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
658 682 473 486 568 548

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.