Toyuq Ətindən Ləzətli Qazan Kababı
Qeyri-adi xoş ətri və iştahaaçan görünüşü olan toyuq ətindən qazan kababı. LoaDinG.Az dadlı toyuqlu qazan kababının reseptini təqdim edir.
Tərkibi:
1500 qr toyuq bud dibi filesi
1 kq kartof
150 qr soğan
300 ml bitki yağı
zövqə görə duz, istiot
1 çay qaşığı cirə
1 çay qaşığı pul bibər
100 ml su
Hazırlanm qaydası:
Dərin bir qazanda bitki yağını qızdırın. Toyuq bud dibi filesini qızılı rəng olana qədər yaxşıca qızardın. Qızardılmış toyuq ətlərini dərin bir qaba töküb üzərinə ədviyyat, duz və istiot səpin. Ətləri qızartdığınız qazanda doğranmış kartofları da qızardın. Kartfoları da götürüb üzərinə ədviyyat səpin. Yarım halqa doğranmış soğanları da 2 dəqiqə yumşalana qədər bişirin. Qazanda yumalanan soğanların üzərinə kartof, ət və 100 ml su töküb qazanın qapağını örtün. Zəif ocaqda 25-30 dəqiqə qaynadın. Bişən qazan kababını boşqaba düzüb qırmızı soğan və çerri pomidorlarıyla bəzəyib süfrəyə verin.

Nuş Olsun!