n2006

n2006 Mətbəx 7-02-2022, 17:00

Uşaqlarla Birgə Hazırlaya Biləcəyiniz “Kirpi” Peçenyesi

Uşaqlarla Birgə Hazırlaya Biləcəyiniz “Kirpi” Peçenyesi
Bu reseptlə hazırlanan “Kirpi” peçenyesi çox dadlıdır və dekorasiya sayəsində gözəl və maraqlıdır. Peçenyenin hazırlanması çox əyləncəli və eyni zamanda inanılmaz dərəcədə sadədir. Uşaqlar analarına bu sevimli peçenyeləri hazırlamağa kömək etməkdən məmnun olacaqlar. LoaDinG.Az dadlı peçenyenin reseptini təqdim edir.

Tərkibi:

180 qr un
100 qr qarğıdalı nişastası
125 qr şəkər kirşanı
125 qr yumşaldılmış kərə yağı
30 qr kokos
1 ədəd yumurta
5 qr qabartma tozu
10 qr vanil
80 qr südlü şokolad
Hazırlanma qaydası:

Bir qabda unun üzərinə nişasta və qabartma tozu töküb qarışdırın. Başqa bir qaba yumurta, şəkər tozu və vanil töküb 1-2 dəqiqə mikserlə yaxşıca çırpın. Üzərinə yumşaldılmış kərə yağı əlavə edib çırpmağa davam edin. Yağlı kütləyə unlu qarışığı hissə-hissə əlavə edib yumşaq xəmir yoğurun. Hazır xəmirdən 10-12 qr-lıq kündələr yuvarlayın. Kündələrə uzunsov kirpi forması verin (şəkildəki kimi). Kündələri yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzüb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. Şokoladı su hamamında əridin. Bişən peçenyelərin üzərinə fırça ilə şokolad çəkin və kokos səpin. Kokos əvəzinə doğranmış qoz-fındıq istifadə edə bilərsiniz. Qalan ərinmiş şokoladı konditer torbasına töküb gözləri və burnu düzəldin. Hazır peçenyeni zövqə görə bəzəyə bilərsiniz.













Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
767 644 564 628 598 665

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.