DeliBirHatun

DeliBirHatun özünü 😊 sevincli hiss edir. Maraqlı Statuslar 7-02-2022, 17:25

Sevgili üçün ən gözəl sözlər
Sən mənim həyatımın ən yaxşı fəslisən.

Hər şeyin vaxtı yaşadığınız “o an”dır. Xoşbəxt olmağı təxirə salmayın. Çünki ölüm qəflətən gələcək.

Keçmiş tozdur, üfür getsin.

Ay mənimdir, gecə sənin…

Mənim haqqımda danışmazdan əvvəl sənin haqqında bildiklərimi xatırla…

“Səni sevirəm”dən daha spesifik bir cümlə də var: sənə güvənirəm, çünki hamı hər kəsi sevə bilər, amma hər kəsə güvənmək olmaz.

“Darıxdığım biri var” amma edə biləcəyim heç bir şey yoxdur.

Gözləyən hər şey soyuyur, sevgilim.

Bir axmağın səni öpməsinə izn ver, amma bir öpüşün səni axmaq etməsinə əsla.

Mən səni dəli kimi sevirdim, sənsə məni dəli olduğum üçün sevmədin.

Həyat yaşandığı qədər var. Qalanları ya xatirələrdə yaddaş, ya da xəyallarda ümiddir.

Gözlərin gözlərimdə, əllərin əllərimdə, qəlbin içimdə, ruhun bədənimdə olduğu müddətdə səni sevəcəyəm.

Edə bilməyəcəyinizi düşünürsünüzsə, haqlısınız. Edə bilməyəcəksiniz.

Sən səni sevəni görməyəcək qədər korsan, o, sənə sevgisini bildirməyəcək qədər qürurludur.

Dünyanın harasına getsəm də, ürəyimin paytaxtında oturanla əlaqəmi kəsə bilmirəm.

Ay işığı düşən kiçik qumsala budaq parçası ilə səni sevdiyimi yazmaq istəyirəm, amma sən dalğaya çevrilib silərsən deyə yazmıram.

Sevdiyim insanlara hirslənə bilərdim, sevmək mənə kədərlənməyi öyrətməsəydi.

Əgər həyatım səni gözləyərkən keçəcəksə və səni gözləyərkən ölüm gələcəksə, bil ki, səni orada da gözləyəcəyəm.

Boşqabına yeyə biləcəyin qədər yemək, həyatına sevə biləcəyin qədər insan al.

Duyğuları açığa çıxaran gözlər olmasa ürək hisslərin məzar daşı olardı.

Müvəqqəti qəzəbimizlə daimi axmaqlıq edirik, adını da “bağışla” qoyuruq.

Səni dastan yazırammış kimi gecə-gündüz qəlbimə yazıram.

Həyatın bir teatr olduğunu söylədilər, mənə rol verdilər, ən ağır rol… Əvvəlcə sev, sonra tərk et dedilər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 563 529 591 564 542

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.