n2006

n2006 Mətbəx 8-02-2022, 07:00

Uşaqların Ən Sevimli Səhər Yeməyi: Kakaolu Pankek

Uşaqların Ən Sevimli Səhər Yeməyi: Kakaolu Pankek
Səhər yeməyi üçün ən ideal variant Pankekdir. Uşaqların belə yox demədiyi pankeki hazırlayıb onları sevindirə bilərsiniz. LoaDinG.Az səhər yeməyinin ulduzu olan kakaolu pankekin reseptini təqdim edir.

Tərkibi:

2 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
200 ml süd
1,5 stəkan un
4 çay qaşığı kakao
1 paket qabartma tozu
zövqə görə vanil
Şokoladlı sous üçün :

1/2 stəkan şəkərsiz qaymaq
90 qr bitter şokolad
Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə süd, un, qabartma tozu və kakao əlavə etdikdən sonra çırpmağa davam edin. Tünd konsistensiyalı, ancaq yüngül axıcı bir xəmir əldə etməlisiniz. Pankek tavasını (yanmayan,yapışmayan ) çox az miqdarda maye yağla yağlayın. Yağın artığını kağız dəsmal köməyiylə götürün. Hazırladığınız xəmir qarışığından bir böyük qaşıq qədər götürüb tavaya tökün. Yuvarlaq bir şəkil alan xəmirləri, hər iki tərəfini də tərs çevirib orta ocaqda bişirin.

Bir qabda şəkərsiz qaymağı qaynamağı üçün zəif ocağa yerləşdirin. Üzəri köpüklənməyə başladıqda ocaqdan götürün. Kiçik parçalara ayırdığınız bitter şokoladı isti qaymağa əlavə edib əriməsini gözləyin. Daha sonra qarışdırıb sous konsistensiyasına gətirin. Pankekləri üst-üstə düzün. Hazırladığınız şokoladlı sousu üzərindən tökün.

Kakaolu pankekleri şokoladlı sous əvəzinə bal və bəkməzlə süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
469 464 389 404 458 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.