✰ƑƑ✰𝙼ə𝙽ə 𝙱𝚒𝚁𝚊𝚉 𝙾𝚗𝙳𝚊𝙽 𝙳𝚊𝙽ıŞ✰ƑƑ✰

Mən utancaq bir qadınam
Bir axşam yeməyində çalan musiqiyə "Rəqs edək?" Sualına verdiyim cavab "hə" olmaz.Yada hər kəsin içində qışqıra-qışqıra "Səni sevirəm" deyə bilmərəm.Gözlərinə uzun-uzun baxa bilmərəm məsələn.
Mənə baxdığını başa düşərsəm , danışa bilmərəm , özümü itirərəm.
Saçlarıma toxunduğunda gözlərinin içinə baxaraq gülümsəyə bilmərəm.
Barmaqlarımla oynayaram sən mənə bir şey anladarkən.
Səni dinləmədiyimdən deyil, utandığımdan gözlərinin içinə baxa bilmərəm.
Utanmağımın ən pis yeri gözlərinə baxarkən "Səni sevirəm" deyə bilməyişim olar


Üzümdəki mükəmməl təbəssüm,səbəbsiz gülüş və xoşbəxtlik yansıması,həyatımda hər şeyin necə də gözəl və yolunda getdiyi anlamına gəlmir.Mənim də ağrılarım,acılarım,başımı yastığa qoyanda insan kimi ağlamaqlarım,üzülməklərim var.Lakin,nə edək?Susub da,qalaq mı?İzin verək ki həyat bizi öz oyuncağına mı çevirsin?Hər şeylə barışıb,mübarizəsiz məğlub mu olaq?Yox,yox.İnadına gülmək,sevmək,xoşbəxt olmaq gərək.Uşaqlığınızı xatırlayın sadəcə.Utanmayın bunu qəbul etməyə.Silin üzünüzü,gözünüzü köynəyinizin qoluyla və hər səhər yenidən mübarizəyə başlayın.Həyat istəyənindir


Qadın xoşbəxt olanda onun uşaqları da xoşbəxt olur, özü də, evdə saxladıqları heyvanlar da, mətbəxdəki tarakanlarda, hətta xoşbəxtliyin özü də xoşbəxt olur))Sevmədikləriylə yaşayıb, unutmadıqları ilə ölən insanlardan olmayın...
Şair nə deyir bilmirəm,Amma bax Quran nə deyir: "Qəlbləri Bir-Birinə İsindirən Allahdır!"










