n2006

n2006 Mətbəx 10-02-2022, 08:00

“Mon Plezir” Tortu

“Mon Plezir” Tortu
“Mon Plaisir” (Mon Plezir) fransız dilindən tərcümədə “mənim zövqüm” deməkdir. LoaDinG.Az bu dadlı tortun reseptini təqdim edir.

Tərkibi:

1 stəkan un
3/4 stəkan kartof nişastası
1-1/2 stəkan şəkər tozu
300 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
9 ədəd yumurta
250 qr qoz ləpəsi
2 çay qaşığı qabartma tozu
Şokoladlı krem üçün:

400 qr kərə yağı
3 xörək qaşığı şəkər kirşanı
1 banka qatılaşdırılmış süd
5 xörək qaşığı kakao
Hazırlanma qaydası:

Bir qabda yumurta və şəkər kirşanını mikserlə yaxşıca çırpın. Başqa bir qabda kərə yağını çırpın. Üzərinə kartof nişastası və xırdalanmış qoz ləpəsi əlavə edib qarışdırın. Yumurta qarışığını da kərə yağı qarışığına əlavə edib çırpmağa davam edin. Qabartma tozu və un töküb qarışdırın. Çırpdığınız kütləni yağlanmış soba sinisinə yayın və əvvəlcədən 180-190 dərəcə qızdırılmış sobada 1-1,5 saat bişirin. Sobanı söndürüb biskviti içərisində 10 dəqiqə saxlayın. Sobadan çıxarıb soyuyan biskviti 2 hissəyə bölün.

Şokoladlı kremi hazırlamaq üçün bir qabda kərə yağını mikserlə çırpın. Üzərinə qatılaşdırılmış süd və kakaonu əlavə edib krem konsistensiyası alınanadək yaxşıca çırpın.

Biksvitin üzərini və kənarlarını kremləyin. Üzərini zövqə görə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
493 514 522 412 401 455

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.