♔Princess♔

♔Princess♔ Məsləhətlər 5-02-2016, 20:28

Piknik çörəyi resepti

Piknik çörəyi resepti
Piknik çörəyi resepti
Təbiət qoynunda gəzintiyə gedərkən əksər insanlar müxtəlif buterbrodlar hazırlamağa üstünlük verir. Buterbrodlar həm tez hazırlandığından, həm də çox yer tutmaması baxımından sərfəlidir. Hər kəs buterbrodu öz ağız dadına görə hazırlayır. Siz tərəvəzlərlə zəngin, bol vitaminli "piknik çörəyi" hazırlayaraq həm təbiətin gözəlliyindən ilham ala, həm də yeməyinizdən zövq ala bilərsiniz.



Tərkibi:
1 yumru çörək (təxminən 22 sm diametrli, 450 q)
5 x.q. mayonez (artıq da olar)
1,5 x.q. xardal
300 q bişmiş kartof
1 dəstə ispanaq
2 toyuğun döş əti
2 qırmızı şirin bibər
1 orta ölçülü qabaq
120 q pendir
1 orta boy badımcın
duz, istiot zövqə görə.


Hazırlanması:
Çörəyi boşqaba qoyub üstdən 1/4-ni kəsin (qapaq kimi). İçini çıxarın, kənarlarının qalınlığı təxminən 2 sm olsun. Bir növ küpə alınsın.

Mayonezi xardalla qarışdırın (başqa sevdiyiniz sous da götürə bilərsiniz), "küpə"nin iç divarına və qapağın altına çəkin. Suda bişmiş kartofu fal-fal doğrayıb dibinə yığın.

İspanağı doğrayıb, onun yarısını çörəyin içərisinə döşəyin. Bibəri sobada, yaxud közdə bişirib, ispanağın üzərinə yığın. Toyuğun filesini soyutma edib, yaxud da qızardıb, yarısını bibərin üstünə düzün.

Qabağı fal-fal, yaxud uzununa doğrayıb qızardın. Toyuğun üzərinə qoyun. Pendiri sürtgəcdən keçirib səpin. İspanağın qalanını da üstdən əlavə edin. Badımcanı fal-fal doğrayıb qızardın, yaxud közdə bişirin, ispanağın üzərinə qoyun. Toyuğun qalanını da düzüb "qapağı" örtün.

Bu "küpə"ni qida plyonkası ilə möhkəm sarıyın, üzərinə boşqab, onun üzərinə yük qoyun. Soyuducuda bir neçə saat, ən yaxşısı - 1 gecə saxlayın. Bu müddətdə iç özünü tutacaq və doğrayanda ovulub-tökülməyəcək, çörək isə için şirəsini çəkərək daha da dadlanacaq.


Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
690 723 604 629 606 547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.