n2006

n2006 Mətbəx 12-02-2022, 17:00

Ev Şəraitində Təbii Meyvə Suyu

Ev Şəraitində Təbii Meyvə Suyu
Yüksək qida dəyərinə malik olan Ərik (qaysı) A, B, C, E vitaminlərinin tərkibinə əlavə olaraq dəmir, kalsium, fosfor, maqnezium və lif anbarıdır. Yaş və quru olaraq istifadə edilən qaysı həzmi asanlaşdırır, toxluq hissi yaradır, çəkinin nəzarətinə köməkçi olur və qəbizliyə yaxşı təsir edir. Antioksidant xüsusiyyəti ilə də bədəni sağlam saxlayaraq xəstəliklərdən qoruyur. Sağlamlığa bir çox faydası olan bu meyvənin LoaDinG.Az ev şəraitində təbii hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1kq ərik (qaysı)
1.5-2 stəkan şəkər tozu
8 stəkan su
Hazırlanma qaydası:

İlk öncə ərikləri yuyun, ikiyə bölüb tumunu çıxarın. Bir qazana ərikləri töküb üzərinə əriklərin üstünü örtəcək qədər su tökün. Qazanı ocağa yerləşdirib əriklər yumşalanadək bişirin. Bişən ərikləri blenderlə qazanda püre halına gətirin. Üzərinə 8 stəkan su və 1,5-2 stəkan şəkər tozu töküb qarışdırın. Şəkər tozunu zövqünüzə görə azaldıb artıra bilərsiniz. Yenidən 5-10 dəqiqə qaynadın. Hazır meyvə suyunu soyuducuya yerləşdirib soyuq halda içə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
474 406 308 297 379 332

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.