n2006

n2006 Mətbəx 16-02-2022, 14:00

Vitamin deposi-Kahı salatı

Vitamin deposi-Kahı salatı
Tərkibi və istifadə olunan ərzaqlar
3 ədəd orta ölçüdə kartof
5 ədəd orta ölçüdə kök
2 ədəd yumurta
2 dəstə kahı
2 ədəd xiyar
1 dəstə keşniş
1 dəstə şüyüd
200 qr xama
200 qr mayonez
duz
Hazırlanma qaydası
1 Kartof, kök, yumurta yuyulur, üzərinə su tökülüb qazanda qaynadılır.
2 Tam bişəndə qazdan gotürülür, suyu süzülür, soyudulur.3 Kahının baş hissəsi kəsilir, yarpaqları yaxşı yuyulub qurudulur.4 Kartof, kök, yumurta soyuduqdan sonra qabığı soyulur, xırda kub şəklindı doğranılır qaba tökülür.5 Kahı, xiyar kub şəklində doğranılır qaba tökülür.
6 Göyərtilər yaxşı yuyulur, xırda doğranılır qaba tökülür.7 Tərəvəzlərin üzərinə zövqə görə duz vurulub qarışdırılır.
8 Başqa bir qabda xama ilə mayonez qarışdırılır.
9 Tərəvəzlərə xama-mayonez qarışığı əlavə olunub qarışdırılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 507 448 378 423 366

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.