n2006

n2006 Mətbəx 24-02-2022, 09:00

Qat-Qat peçenye. Asan resept

Qat-Qat peçenye. Asan resept
Bu peçenye həm ucuz başa gəlir, həm də çox asan hazırlanır.Uşaqların da çox sevəcəyi “Pavlovskoye” peçenyesinin reseptini təqdim edirik.

Tərkibi:
Xəmiri üçün:
- 2,5 stəkan + 2 xörək qaşığı un
- 50 ml su
- 0,5 çay qaşığı şəkər tozu
- 1 paket quru maya (10 qr)
- 250 qr kərə yağı

Üzəri üçün :
1 stəkan şəkər tozu

Hazırlanma qaydası:
1. İlk öncə 50 ml ilıq suya 10 qr maya, yarım çay qaşığı şəkər tozu və 2 xörək qaşığı un əlavə edib 40 dəqiqəlik isti yerə qoyun.
2. Dərin bir qabda mayalanmış qarışığın üzərinə əridilmiş kərə yağını əlavə edib qarışdırın.
3. Daha sonra 2,5 stəkan un əlavə edib xəmir yoğurun.
4. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin.
5. Soyuducudan götürdüyünüz xəmiri dəzgahın düzbucaqlı şəkildə yayın, yarısına şəkər tozu səpib xəmiri qatlayın. Yenə əvvəlki ölçüyə qədər yayın.
6. 3 dəfə təkrar edib şəkər tozu səpərək qat-qat xəmir əldə edib yayın.
7. Kvadrat şəklində kəsib hər birini şəkər tozuna bulayıb yağlı kağız sərilmiş soba sinisinə düzün.
8. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
463 522 437 519 508 550

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.