n2006

n2006 Xəbərlər 28-02-2022, 20:52

Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb

Rusiya təyyarələri üçün hava məkanını bağlayan ölkələrin sayı artıb
Avropanın 20-dək ölkəsi Ukraynada baş verən hərbi əməliyyatlarla əlaqədar olaraq öz hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.

İtaliya hava məkanını Rusiya təyyarələri üçün bağlayıb.
Bu barədə İtaliya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Niderland və Fransa da öz hava məkanını bağlayacaq.
"Fransa Rusiya təyyarələri və aviaşirkətlərinə hava məkanını bağlayır". Bu barədə Fransa nəqliyyat naziri Jan-Batist Cebbari Twitter-də paylaşım edib.
Nazir bu gün axşamdan hava məkanının Rusiya üçün bağlanacağını bildirib.
Bundan əvvəl Belçika, Almaniya, İsveç və İslandiya Ukraynadakı vəziyyətlə əlaqədar öz hava məkanlarını Rusiya aviaşirkətləri üçün bağladıqlarını bəyan ediblər.
Avstriya, Danimarka, İrlandiya, Polşa, Bolqarıstan, Çexiya, Finlandiya, Sloveniya, Rumıniya, Latviya, Litva və Estoniya da hava məkanını bağlayan ölkələr siyahısına daxil olub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
459 416 427 466 410 374

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.