Kələm dolmasını sobada bişir!
Bu dəfə biz kələm dolmasını sobada bişirdik, dadı və ətri çox xoşagələn oldu. Xırçıldayan, zərif, şirəli bir yemək alındı.
Ərzaqlar:
Ağ kələm – 1 baş
Mal əti – 500 qr.
Quyruq – 100 qr.
Xama – 50 qr.
Tomat pastası – 1 x.q.
Soğan – 1 baş
Su – 1 l.
Duz – zövqə görə
Qara toz istiot – zövqə görə.
Hazırlanması:
Kələmi qaynar suda pörtlədirsiniz, sonra yarpaqlarına ayırırsınız. Baş soğanı xırdalayırsız, tavada quyruqla qızardırsınız. Əti maşından keçirin, duz-istiot vurun. Farşı kələm yarpaqlarının içinə qoyursuz, üzərinə 1 ç.q.qızardılmış soğan tökürsüz. Sonra dolmanı bükürsüz. Dərin bir tava götürürsüz, bütün dolmaları səliqə ilə ora yığırsız. Duz-istiot səpirsiniz. Tomat pastası və xamanı üstünə tökürsüz, yayırsınız. Üzərinə qaynar su tökürsüz, su dolmanın üzərini cəmi 1 sm. örtməlidir, çox lazım deyil.160 dərəcədə 40 dəqiqə bişirisiniz. Sobadan çıxan kimi dolmaların üzərinə xırdalanmış göyərti, sarımsaq səpə bilərsiniz.