Bakıda BOMBA HƏYƏCANI, insanlar təxliyə olundu
LOADING.AZ xəbər vermişdi ki, Nərimanov rayonunda yerləşən "Metropark" Ticarət Mərkəzi boşaldılıb. Hadisə yerindən əməkdaşımızın aldığı məlumata görə, sən demə, 102 qaynar xəttinə "bomba" xəbəri daxil olub.
Bununla bağlı aidiyyati orqanlar - hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri "Metropark"-da fövqaladə hal edib.
Hazırda ticarət mərkəzinin hər künc-bucağı təlim keçmiş köpəklərlə axtarış davam edir. (big.az)







