n2006

n2006 Mətbəx 13-03-2022, 09:00

"Qızıl balıq" piroqu

"Qızıl balıq" piroqu
Tərkibi:

2 banka balıq konservi
0,5 st. düyü
3 yumurta
1 baş soğan
1 kq hazır qat-qat yağlı xəmir
50 q kərə yağı
duz istiot

Hazırlanması:

Düyünü hazır olanadək bişirin. Süzüb üstündən soyuq su axıdın ki, yapışmasın. Soğanı xırda doğrayıb kərə yağında qızılı rəng alanadək qovurun. İki yumurtanı suda bişirib təmizləyin, xırda doğrayın. Düyü, yumurta, qovrulmuş soğanı qarışdırın. Xəmiri yayın (çox nazik olmasın), üzərinə un səpib iki qatlayın, bir tərəfini bitişik saxlamaqla balığın yarısının konturunu çəkin, kəsin, yenidən açın. Tam balıq forması alınacaq. Formanın içinə perqament döşəyin. Balıq formasında olan balığı üstünə qoyun. Xəmir qalıqlarından yayıb 1,5 sm enində şəridlər kəsin (bu, piroqun kənarları üçün lazımdır). Yumurtanı 1 x.q. su ilə çalıb balığın kənarlarına çəkin. Nazik xəmir şəridlərini kontur boyu yapışdırın (piroqun kənarları). Yəni balıq formasında "qutu" alınacaq. İçinə düyü qarışığını yayın. Üzərinə isə çəngəllə əzdiyiniz balıq konservini düzün. Xəmir qalıqlarını yayıb "baş" və "quyruq", eləcə də badənin köməyi ilə "pulcuqlar" kəsin. Bunları çaldığınız yumurtanın köməyi ilə balığın üzərinə "yapışdırın". Yumurtanın qalanını hazır balığın üzərinə çəkin, 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
437 396 371 363 360 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.