Azer2

Azer2 İdman 15-03-2022, 16:24

Ronaldodan çağırış

Ronaldodan çağırış


“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Atletiko”ya (Madrid) qarşı keçiriləcək oyunla bağlı fikirlərini açıqlayıb.

“Qırmızı şeytan”lar bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında İspaniya təmsilçisi ilə görüşəcək. Bu komandaların Madriddəki ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb.

Kriştiano Ronaldo oyun ərəfəsində özünün İnstaqram səhifəsində paylaşım edərək yazıb: “Bu gün bizim çoxdan gözlədiyimiz gündür. Bütün dünyaya “Old Trafford”un nəyə görə “xəyallar teatrı” adlandırılmasını göstərmək üçün şans yaranıb”.

O, azarkeşlərə çağırış edərək yazıb: “Gəlin, sonuncu ev oyunumuzdakı kimi əla bir atmosfer yaradaq. Və Çempionlar Liqası arzumuzu qoruyaq. Biz “Mançester Yunayted”ik! Gəlin, bunu birgə edək. İrəli, “şeytan”lar!”

Xatırladaq ki, “Mançester Yunayted” – “Atletiko” bu oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlanacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
380 369 295 329 354 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.