Bertrand Russell

Bertrand Russell Aforizm 13-06-2017, 17:27

Bukovskidən fəqli fikirlər şərhsiz:

Bukovskidən fəqli fikirlər şərhsiz:

Bukovskidən fəqli fikirlər şərhsiz:

Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı “Çarlz Bukovski sən deyilsənmi?” deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı.
Çarlz Bukovski

‒ Kütlələrin axmaqları zəngin qəhrəmanlara çevirdiyi bir dünyaya gedirik. Belə gəldik, belə yaşamaqdayıq. Buna görə ölməkdəyik, bəziləri çalışır. Digərləri Tanrıya sığınmış; Bu gecə qədəhimi vecinə almıyanlara qaldırıram..

‒ Mən insanlara elə böyük maraqla baxmıram. Bu mənə mane olur. Əgər nəyəsə uzun müddət baxsan, ona bənzəməyə başlayırsan. İnsanlar… Əksər həyat məsələsində onlarsız da keçinə bilərəm. Onlar məni zənginləşdirmir, əksinə düşkünəşdirir. Mən heç bir insana hörmət etmirəm. Buna görə də mənim onlarla çoxlu problemlərim olur. Mən yalan danışmıram, inan mənə dediklərim hamısı doğrudur.

‒ Allaha inam haqqında
İnam ona sahib olanlar üçün yaxşıdır. Amma bunu ətrafdakılara, mənə, sənə sırımağa çalışmaq lazım deyil. Məndə öz sidik kanallarıma inam, əbədi həyata inamdan daha çoxdur. Sidik kanalları yaxşı işlə məşğul olur, mənim bədənimdə toplanmış zir-zibili bayıra çıxarmağa mənə kömək edir.

‒ İnsanlar yorğun, həyat tərəfindən cəzalandırılmış, ya sevgiylə ya da sevgisizliklə şikəst olmuş.
Yeni hökumətlərə ehtiyacımız yox.
Yeni inqilablara ehtiyacımız yox.
Yeni qadınlara ehtiyacımız yox.
Yeni yollara ehtiyacımız yox.
Şəfqətə ehtiyacımız var!

‒ Qadınla evlənərkən onun bütün ailəsiylə də evlənərsən.

‒ Başıma qorxunc bir şey gəldiyində ümumiyyətlə sevincimin həddi-hüdudu olmaz. Mazoxistliklə filan əlaqəsi yoxdu; başına gələnə layiq olduğun duyğusu daha çoxdu; gəlməsi qaçınılmazdır və gəldiyinə görə onu bilvasitə bir məmnuniyyətlə qarşılayarsan -ardından yaxşı şeylərin gəlməsinin qaçınılmaz olduğunu hiss edərək…”

‒ Həyatın çəkilməz olduğu doğru idi. İnsanların çoxuna elə deyilmiş kimi davranmağı öyrətmişdilər. Arada sırada biri özünü öldürür ya da dəli olurdu, amma digərləri hər şey yolundaymış kimi yaşamağa davam edirdilər.

‒ Fahişələr haqqında yazmaq asandır, yaxşı bir qadın haqqında yazmaqsa çox daha çətin.

‒Heç dəli olmayan insanlar nə qədər bərbad həyatlar yaşayırlar.

‒ Qızlar uzaqdan yaxşı görünür, günəş paltarlarında və saçlarında parlayırdı. Amma yaxınlaşıb ağızlarından axan beyinlərini dinləyincə silahlanıb yeraltına gizlənmək istəyirdim.

‒ Demokratiya ilə diktatorluq arasındakı fərq: Demokratiyada səs verib sonra əmrlərə itaət edərsiniz, diktatorluqda isə zamanınızı səs verməklə itirərsiniz.

‒ Bəzən elə birini sevərsən ki, getdiyində ağlayarsan; mahnılara, filmlərə, ona-buna, hər şeyə ağlayarsan. Ağlın başına gələndə də boşa xərclədiyin zamana ağlayarsan.

— Qadınlar kişilər üçün deyil, yenə qadınlar üçün bəzənərlər. Çünki əsl duyğu digər qadınlardan daha gözəl olma arzusudur.

‒ Nə vaxt ki ən çox sevdikləriniz yanıldar sizi,
Nə vaxt ki bir-bir endirər hər kəs maskasını,
Nə vaxt ki yalnızlıqdakı o möhtəşəm gücü kəşf edərsiniz,
Bax o zaman başlarsınız həqiqətən yaşamağa…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
630 611 555 497 556 610

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.