Azer2

Azer2 İdman 16-03-2022, 18:11

ÇL-də son 1/4 finalçılar müəyyənləşir

ÇL-də son 1/4 finalçılar müəyyənləşir


Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulucaq.

"Vilyarreal" İtaliyada "Yuventus"la cavab oyununa çıxacaq. İlk görüşdə qalib müəyyənləşməyib - 1:1.

Gecənin digər oyununda "Çelsi" "Lill" ilə qarşılaşacaq. Londondakı ilk qarşılaşmada "zadəganlar" 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya)

Baş hakim: Şimon Marçinyak

İlk oyun - 1:1

00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə)

Baş hakim: Davide Massa

İlk oyun - 0:2.

15 mart

"Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

İlk oyun - 1:1

"Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

İlk oyun - 2:2

8 mart

"Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1

İlk oyun - 2:0.

"Bavariya" (Almaniya) - "Zalsburq" (Avstriya) - 7:1

İlk oyun - 1:1

9 mart

"Mançester Siti" - "Sportinq" - 0:0

İlk oyun - 5:0

"Real" - PSJ - 3:1

İlk oyun - 0:1

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
450 404 382 379 394 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.