n2006

n2006 Mətbəx 18-03-2022, 10:00

Uşaqlığımızın Dadı: Qoz Şirniyyatı

Uşaqlığımızın Dadı: Qoz Şirniyyatı
Qoz peçenyesi uşaqlar və böyüklər üçün sevimli bir şirniyyatdır. LoaDinG.Az içərisi zərif doldurulmalı qoz şirniyyatının reseptini təqdim edir.

Qoz Şirniyyatının Tərkibi:
Xəmiri üçün:


370 qr un
5-6 qr və ya 0,5 çay qaşığı soda
3-4 qr uksus
3 ədəd və ya 150 qr yumurta
185 qr 82,5 %-lik kərə yağı
65 qr 20%-lik xama
65 qr mayonez
230 qr şəkər tozu
Kremi üçün:

350 qr bişmiş qatılaşdırılmış süd
80 qr 82,5 %-lik kərə yağı
40 qr qovrulmuş qoz ləpəsi
50 qr ağ şokolad (və ya zövqə görə)
Qoz Şirniyyatının Hazırlanma Qaydası:
Xəmiri hazırlamaq üçün kərə yağını əridin. Bir qabda yumurta, şəkər tozu, xama və mayonezi mikserin maksimal sürətiylə 2 dəqiqə çırpın. Üzərinə əridilmiş isti kərə yağını və uksusda söndürülmüş sodanı da əlavə edib çırpmağa davam edin. Ələnmiş unu da əlavə edib miskerin sürətini azaldıb çırpın (xəmir çox qatı olmayacaq). Hazır xəmiri 10 dəqiqə kənarda saxlayın. Qoz şirniyyatını bişirəcəyiniz formanı zəif ocaqda qızdırın. Xəmirdən formalara doldurub iki tərəfli bişirin. Bişən qozların kənarları səliqəyə salın.

Kremi hazırlamaq üçün su hamamında şokoladı əridin. Qoz ləpəsini qovurun və xırdalayın. Soyuyan şokoladı bişmiş qatılaşdırılmış südlə qarışdırın. Bir qabda kərə yağını mikserin maksimal sürətiylə yaxşıca çırpın. Mikserin sürətini azaldıb şokoladlı, bişmiş qatılaşdırılmış südlü kütləni az-az kərə yağına əlavə edərək çırpın. Ən sonda qozu da əlavə edib qarışdırın.
Bişirdiyiniz qozları içliklə doldurub 1 gecəlik soyuducuya yerləşdirin. Bu reseptlə hazırlanan qoz şirniyyatı 2 gün xırçıltılı olur.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 480 424 427 433 460

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.