n2006

n2006 Mətbəx 19-03-2022, 08:00

Xüsusi Günlər Üçün Gül Naxışlı Cupcake

Xüsusi Günlər Üçün Gül Naxışlı Cupcake
Ad günləri, “baby shower” kimi partilərdə süfrələri bəzəyəcək mükəmməl kapkeyklər hazırlaya bilərsiniz. LoaDinG.Az gül naxışlı cupcakelərin reseptini təqdim edir.

Tərkibi:
1 stəkan iri dənəli şəkər tozu
2 ədəd yumurta
yarım stəkan süd
yarım stəkan bitki yağı
1 xörək qaşığı kakao
2 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
Üzəri üçün:
rəngli şəkər xəmiri
Hazırlanma qaydası:
İlk öncə bir qabda şəkər tozu və yumurtanı mikserlə yaxşıca çırpın. Üzərinə süd və bitki yağını əlavə edib çırpın. Daha sonra üzərinə kakaonu ələyin və yenidən qarışdırın. Sırayla unu, qabartma tozunu və vanili əlavə edib qarışdırın. Hazırladığınız kütləni kiçik muffin qablarının yarısına gələcək qədər bölüşdürün. Əvvəlcədən 170 dərəcə qızdırılmlş sobada 20 dəqiqə bişirin. Bişən kekslərin üzərini istədiyiniz kimi şəkər xəmiri ilə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
358 361 391 322 365 380

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.