Azer2

Azer2 İdman 21-03-2022, 18:40

“El-Klassiko”dakı möhtəşəm qələbəyə Xavinin münasibəti

“El-Klassiko”dakı möhtəşəm qələbəyə Xavinin münasibəti


“Mən “Barselona”nın baş məşqçisi və azarkeşiyəm. Biz bu nəticədən həzz almalıyıq”.

Bu sözləri “Barselona”nın baş məşqçisi Xavi La Liqanın 29-cu turunda lider “Real”ı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Onun sözlərinə görə, oyun yaxşı olsa da, ideal olmayıb: “Futbolçulardan və nəticədən çox razıyam. Əla oyun keçirdik. Daha çox qol vura bilərdik. Bilmirəm, biz çempionatı uda biləcəyikmi. Amma heç nəyi istisna etmək olmaz. Mən futbolçularımla fəxr edirəm. Bu görüş “Barselona”nın 2009-cu ildə “Real” üzərində 6:2 hesablı qələbəsinə bənzədi.

Mənə heç bir alqış lazım deyil. Bu, “Barselona”nın futbolçularına lazımdır. Bu, futbolçuların və bütün komandanın, ailənin qələbəsidir. Mən “Barselona”nın uğur qazanması üçün buradayam. Biz “Real”a qarşı necə oynayacağımızı, necə hücum edəcəyimizi bilirdik. Rəqib yalnız son 20 dəqiqədə təşəbbüsü ələ ala bildi. Bu da olan şeydi. Çünki o vaxt biz artıq 4 top fərqi ilə irəlidə idik”.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
372 410 346 428 384 337

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.