n2006

n2006 Mətbəx 24-03-2022, 09:18

Dadlı Və Doyurucu Səhər Yeməyi-Qat-Qat Xəmirdə Yumurta

Dadlı Və Doyurucu Səhər Yeməyi-Qat-Qat Xəmirdə Yumurta
Qısa müddətdə hazırlaya biləcəyiniz ləzzətli səhər yeməyi. LoaDinG.Az dadlı və doyurucu qat-qat xəmirdə yumurta yeməyinin reseptini təqdim edir.

Tərkibi:

1 vərəq qat-qat xəmir
4 ədəd yumurta
1/4 stəkan rəndələnmiş pendir
2 xörək qaşığı doğranmış təzə çəfəri
Hazırlanma qaydası:

İlk öncə qat-qat xəmiri dəzgahın üzərinə yayın. Xəmirdən kvadrat formasında və ya dairələr kəsin. Soba qəlibinə yağlı kağız sərib aralarında təxminən 5 sm məsafə saxlamaqla xəmirləri yerləşdirin. Bütün dairələrin kənarlarını təxminən yarım santimetr hündürləşdirin. Soba qəlibini xəmirlərlə birlikdə 20 dəqiqə soyuducuda saxlayın. Soba sinisini soyuducudan çıxartdıqdan sonra dərhal əvvəlcədən 200 dərəcə qızdırılmış sobaya qoyun və təxminən səkkiz dəqiqə bişirin. Formanı sobadan götürdükdən sonra dairələrin ortasına pendir səpin və hər birinə yumurta sındırın. Dadlandırmaq üçün duz və istiot əlavə edin. Yumurtalar hazır olana qədər yenidən sobada təxminən 12 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl üzərini xırda doğranmış cəfəri ilə bəzəyin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
679 642 649 669 572 557

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.