aynure

aynure Mətbəx 25-03-2022, 13:30

Dadlı və Yüngül Krevetkalı Sezar Salatı

Dadlı və Yüngül Krevetkalı Sezar Salatı
Krevetkalı Sezar salatı müqayisə edilməyəcək dərəcədə dadlı salatdır. Bir neçə dəqiqə ərzində hazırlayacağınız bu yüngül salatla sevdiklərinizi sevindirin. LoaDinG.Az krevetkalı Sezar salatının reseptini təqdim edir.

Tərkibi:
15-20 ədəd krevetka
1 dəstə kahı
100 qr parmezan pendiri
200 qr pomidor
2 çay qaşığı soya sousu
2 xörək qaşığı zeytun yağı
120 qr ağ çörək
Sousu üçün:
1 ədəd yumurta sarısı
2 xörək qaşığı limon suyu
1 diş sarımsaq
1 çay qaşığı xardal
2 xörək qaşığı zeytun yağı
zövqə görə duz
Hazırlanma qaydası:
Çörəyi kub formasında doğrayın.Tavaya 1 xörək qaşığı zeytun yağı töküb çörəkləri hər tərəfli qızardın. Bişən çörəkləri tavadan götürün. Yağlı tavaya qalan zeytun yağını töküb qızdırın. Krevetkaların üzərinə soya sousu töküb qarışdırın və qızıl qəhvəyi rəng olana qədər yağda qızardın. Ocaqdan götürüb soyudun.

Sousu hazırlamaq üçün yumurta sarısının üzərinə limon suyu, xardal, zeytun yağı, duz və sarımsaqəzəndən keçirilmiş sarımsaq əlavə edib qarışdırın. Salatı hazırlayacağınız qaba əlinizlə kahı yarpaqlarını doğrayıb tökün. Üzərinə qızardılmış çörək əlavə edin. Daha sonra çerri pomidorlarını iki yerə bölüb salatın üzərinə səpin. Qızardılmış krevetkaları da əlavə edib rəndələnmiş pendir səpin. Süfrəyə verməzdən əvvəl sous tökün.





Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
809 813 632 639 707 689

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.