Seymur_Sönməz

Seymur_Sönməz Şeirlər 26-03-2022, 15:56

BAHAR GƏLDİ SƏN GƏLMƏDİN SEVGİLİM

BAHAR GƏLDİ SƏN GƏLMƏDİN SEVGİLİM
BAHAR GƏLDİ, SƏN GƏLMƏDİN...

Görəmmədim heç doyunca üzünü,
Ürəyimdə hey gəzmişəm izini.
Kaş deyəydin axırıncı sözünü,
Bu ayrılıq çoxmu çəkər de, bilim -
Bаhаr gəldi, sən gəlmədin sevgilim!

Sənsiz daha əyilibdi qamətim,
Qalmayıbdır nə gücüm, nə taqətim.
İndi səni necə tapım mən yetim?
Bu ayrılıq ya zillətdir, ya ölüm -
Bаhаr gəldi, sən gəlmədin sevgilim!

Səhər-axşam boylanıram yollara,
Uymamışan nə şöhrətə, nə vara.
Tez inandım etibarsız bir yara
Qan ağlayır sənziz keçən hər ilim -
Bаhаr gəldi, sən gəlmədin sevgilim!

Umacağım bircə zərrə, bir kəsim,
Geri dönsən közərəcək həvəsim.
Yaddır sənə bəlkə ilıq nəfəsim,
Sənsiz açmır nə çiçəyim, nə gülüm -
Bаhаr gəldi, sən gəlmədin sevgilim!
01.03.2022
SEYMUR SÖNMƏZ PAŞAYEV©

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
532 576 521 497 545 563

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.