n2006

n2006 özünü 😲 təəccüblənmiş hiss edir. Maraqlı 27-03-2022, 19:00

Manul

Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır.

Ümumi məlumat

Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur.


Yayılması

Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.


Yaşayış yerləri və həyat tərzi

Biologiyası Azərbaycanda öyrənilməmişdir. Arealının digər sahələrində aparılan tədqiqatlara əsasən, kəskin kontinental iqlim şəraiti, qışda aşağı temperaturu və nazik qar örtüyü olan ərazilərdə yayılmışdır. Bozqır və yarımsəhra ərazilərdə, hündür dağ qayalıqlarında rast gəlinir. Yuvasını qaya yarıqlarında, kolluqlarda, köhnə porsuq yuvalarında qurur. Qidasını, əsasən siçanabənzər gəmiricilər, quşlar təşkil edir. Hərəkətləri ləngdir, təqib zamanı gizlənməklə və hündür yerlərə dırmaşmaqla canını qurtarır. Fevral-mart aylarında cütləşir, 60 gün boğazlıq dövründən sonra 2-6 gözləri yumulu bala dünyaya gətirir. 10 ayliqda balalar yetkinliyə çatırlar. Nadir fərdləri Naxçıvanda tapılır. Çöllərdə və səhralarda, çox vaxt daşlı yaylalarda, 3000m ucalığa qalxaraq, orada məskan salır. Boş yuvalarda da yaşaya bilər. Əsasən gecə və alaqaranlıq vaxtı ova çıxır. Gəmiricilərlə, quşlarla və kərtənkələlərlə qidalanır. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilib.


Sayı

Dəqiq sayı məlum deyildir. Çox nadir hallarda Naxçıvan MR-də rast gəlinir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
607 567 532 543 595 487

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.