n2006

n2006 Mətbəx 27-03-2022, 09:00

Qarabağ Mətbəxinin Qədim Yeməyi: Bağır-Beyin

Qarabağ Mətbəxinin Qədim Yeməyi: Bağır-Beyin
Bağır-beyin – zəngin Qarabağ mətbəxinin çox qədim yeməklərindən biridir. Bu yemək dadlı olduğu qədər də xeyirlidir. Bağır-beyin sağlam cavan heyvanın (adətən quzu və toğlu) başı, qara ciyəri və quyruğundan hazırlanır. Çox vaxt bu nadir yeməyi əziz qonaqlar üçün hazırlayırlar. LoaDinG.Az bağır-beyin yeməyinin reseptini təqdim edir.

Tərkibi:
200 qr quzu qara ciyəri
100 qr quzu beyni
100 qr quyruq
50 qr keşniş
duz, istiot
Hazırlanma qaydası:
Quzunun qara ciyəri, quyruğu və başını ayrı-ayrılıqda qaynadın. Qaynadılmış başdan beyni çıxarın, quyruq və qara ciyərlə bir yerdə əzin və ya ət maşınından keçirin. Bir qabda ət maşından keçirilmiş ciyər, beyin və quyruğu qarışdırın. Üzərinə doğranmış göyərti duz və istiot töküb qarışdırın. Süfrəyə verdikdə üzərinə nar dənələri əlavə edə bilərsiniz. Bağır-beyin süfrəyə soyuq halda verilir.

Bağır-beyinin hazırlanma qaydası Xocavənddə və Laçında fərqlidir. Xocavənd rayonunda bağırbeyini hazırladıqda quzunun qara ciyəri, quyruğu, başı ayrı-ayrılıqda qaynadılır. Ancaq Laçın rayonunda isə tək quzu başı ayrı, quyruq və qara ciyər birlikdə qaynadılır. Laçın rayonunda birinci quyruqla, qara ciyər əzilir və sonra quzunun bişmiş beyni ilə qarışdırılır. Xocavənd rayonunda isə qaynadılmış başın beyni, quyruq və qara ciyərlə bir yerdə əzilir. Bağırbeyin Xocavənd rayonunda süfrəyə keşniş vurularaq və soyuq halda verilir. Laçın rayonunda isə bağırbeyin aşın qarası kimi də istifadə edilir.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
633 551 575 555 554 536

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.