n2006

n2006 Mətbəx 29-03-2022, 13:30

Dadlı, Ətirli, Xırtıldayan Sarımsaqlı Çörək

Dadlı, Ətirli, Xırtıldayan Sarımsaqlı Çörək
İnanılmaz dərəcədə dadlı, xırtıldayan və ətirli sarımsaqlı yağlı çörək evdə hazırlaya biləcəyiniz ən asan qəlyanaltılardan biridir. Bu çörək şorbalara və salatlara əla müşayiətçi ola bilər. LoaDinG.Az sarımsaqlı çörəyin reseptini təqdim edir.

Tərkibi:
1 baş sarımsaq
100 qr yumşaq kərə yağı
1 baqet çörəyi
1 budaq göyərti
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
60 qr parmezan pendiri
60 ml zeytun yağı
Hazırlanma qaydası:
Sarımsağın üst hissəsini kəsin, qabığını yüngülcə soyun və folqa kağızının üzərinə qoyun. Sarımsağın üzərinə zövqə görə zeytun yağı, duz və istiot səpin. Sarımsağı folqa ilə büküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağı, qırmızı bibər tozu, sürtgəcdən keçirilmiş parmezan pendiri, doğranmış təzə göyərti, bişmiş sarımsaq, duz və istiot töküb yaxşıca qarışdırın. Baget çörəyini uzununa kəsin. Hər iki yarısını sarımsaqlı yağ ilə yağlayın.Yağladığınız baqet çörəklərini soba sinisinə yerləşdirib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə üzəri qızara qədər bişirin.



Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
688 729 616 663 616 645

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.