aynure

aynure Mətbəx 28-03-2022, 17:00

Pendirli, Sarımsaqlı Ləziz Burmalar

Pendirli, Sarımsaqlı Ləziz Burmalar
Dadlı və doyurucu pendirli, sarımsaqlı burma hazırlaya bilərsiniz. LoaDinG.Az ləzzərtli burma reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:

1,5 stəkan ilıq süd
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı maya
1 çay qaşığı duz
100 qr əridilmiş ilıq kərə yağı
4 stəkan un
İçlik üçün:

50 qr kərə yağı
150 qr holland pendiri
1 diş sarımsaq
1/3 çay qaşığı duz
1/2 dəstə cəfəri
2-3 budaq yaşıl soğan
Hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün bir qabda süd, şəkər tozu və mayanı qarışdırıb 5 dəqiqə kənarda saxlayın. Üzərinə yag və un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri mayalanması üçün yarım saatlıq kənarda saxlayın. Mayalanan xəmiri düzbucaqlı formada 2-3 sm qalınlığında yayın.
İçliyi hazırlamaq üçün kərə yağını əridib içərisinə duz və sürtgəcdən keçirilmiş sarımsaq əlavə edin. Hazırladığınız içliyi yaydığınız xəmirə yaxın. Holland pendirini də sürtgəcdən keçirib xəmirin üzərinə səpin. Göyərtini də doğrayıb səpin və xəmiri rulet kimi bükün. Rulet kimi bükdüyünüz xəmiri iki barmaq enində dilimləyin. Dilimləri yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə yumurta sarısı yaxın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
414 366 324 337 363 405

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.