Quş südü kotleti
Tərkibi:
500gr toyuq filesi
1ədəd soğan
1ədəd yumurta
1xörək qaşığı mannı
Duz,istiot
Suxari
İçlik üçün:
5ədəd qaynadılmış yumurta
50gr kərə yağı
50gr holland pendiri
1,2qol şüyüd
Duz,istiot
Hazırlanması:
Ət və soğan maşından keçirilir,içərisinə mannı,yumurta,duz,istiot vurularaq qarışdırılır.
Yumurta əzilib,digər ərzaqlar içərisinə əlavə olunaraq qarışdırılır.Əl ilə uzunsov forma verilib,soyuducuda saxlanılır.
Ətin içinə içlik qoyularaq bükülür,suxariyə batırılıb qızardılır.
Nuş olsun!






