Azer2

Azer2 İdman 1-04-2022, 19:40

DÇ-2022-nin püşkü atılır -

DÇ-2022-nin püşkü atılır -
Bu gün Qətərin paytaxtı Dohada DÇ-2022-nin püşkatma mərasimi keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Püşkü dünyanın 8 məşhur veteran futbolçusu çəkəcək. Onlar Azərbaycan əsilli iranlı keçmiş oyunçu Əli Daei, Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhildir (Avstraliya).

Püşkatmada səbətlərin tərkibi isə belədir:

1-ci səbət: Qətər (ev sahibi), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə, İspaniya, Portuqaliya

2-ci səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya

3-cü səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

4-cü səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, UEFA-nın pley-offunun qalibi, AFC- CONMEBOL pley-off-unun qalibi, - CONCACAF - OFC pley-offunun qalibi

Qeyd edək ki, hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-off mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək. Avropa zonası üzrə Şotlandiya - Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
665 641 534 583 536 543

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.