aynure

aynure Gözəllik 3-04-2022, 23:00

Makiyajsız necə gözəl görünmək olar? - Bunlara əməl edin

Makiyajsız necə gözəl görünmək olar? - Bunlara əməl edin
Makyajsız gəzə bilməmək özgüvənsizlikdən irəli gəlir.

Gözəl görünmək üçün özünüzə düzgün seçim və baxım etməlisiniz.

Makiyajsız gözəl olmağın yollarını təqdim edirik:

İdman

Həftənin ən azı 3 günü idmanla məşğul olmalısınız. Müntəzəm gəzinti həm yaşlanmağın qarşısını alacaq, həm də dəridəki qırışların yox olmasına kömək edəcək.

Yuxu rejimi

Amerika və Kanadada aparılan araşdırmalar zamanı düzgün yuxu rejiminin həm sağlamlıq, həm də dəri üçün faydalı olduğu məlum olub. Axşam saat 11-dən gecə saat 3 aralığında yatmaq dərini daha cavanlaşdırır və hamar edir.

Qidalanma

Qida rasionunuzda qoz, badam və püstə kimi məhsulların olması dərinin daha parlaq və hamar görünməsinə şərait yaradacaq. Üzünüzdə səpgilərin, sızanaqların əmələ gəlməsi yediyiniz məhsullardan asılı ola bilər. Buna görə də diqqətli olun.

Dərinizə qulluq

Qızıl qaydalardan biri də dəriyə düzgün qulluq etməkdir. Dəridəki ölü hüceyrələri canlandırmaq üçün kremlər və losyonlardan istifadə etmək lazımdır. Kremləri kosmetoloqların məsləhəti ilə əldə etmək tövsiyə olunur. Bundan başqa, gözəl olmağın digər vacib qaydalarından biri də baxımlı olmaqdır. Həftədə azı bir dəfə gil maskası etmək dərini canlandırır və daha da gəncləşdirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
504 494 470 437 392 518

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.