Azer2

Azer2 İdman 4-04-2022, 20:27

"Bu məğlubiyyət əsl biabırçılıqdır" - Alleqri

"Bu məğlubiyyət əsl biabırçılıqdır" - Alleqri
“Çoxlu qol imkanları yaratdıq. Bu məğlubiyyət əsl biabırçılıqdır. Xüsusilə rəqibin cərimə meydançası yaxınlığında çox yaxşı oynadıq".

Bu sözləri "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya A seriyasının 31-ci turunda evdə "İnter"ə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

O, artıq 4-cü yer uğrunda mübarizə aparacaqlarını etiraf edib: "Biz çempionluq yarışından çıxdıq. İndi dördüncü yeri tutmaq üçün mümkün qədər çox xal toplamalı və növbəti mövsümə maksimum dərəcədə hazırlaşmalıyıq. Bunun üçün hər cür şəraitimiz var. Qalan yeddi oyunun hər birində qalib gəlmək lazımdır. Çünki “Roma” bizdən cəmi beş xal geri qalır. Biz inkişaf etməliyik,. Artıq düzgün yoldayıq”.

Qeyd edək ki, "Yuventus" 59 xalla 4-cü pillədə qərarlaşıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
524 516 549 427 439 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.