Azer2

Azer2 İdman 22-04-2022, 14:00

Makron Mbappe haqda - "Fransa çempionatında qalmalıdır"

Makron Mbappe haqda - "Fransa çempionatında qalmalıdır"
Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris klubunda qalmasını istəyir.

"Marsel" azarkeşi olan Makron "Quotidien"ə müsahibəsində bildirib ki, 23 yaşlı hücumçu PSJ-dən ayrılsa belə, Fransa çempionatını tərk etməməlidir:

“Təəssüf ki, Kilian Mbappenin "Marsel"ə keçmə variantı nəzərdən keçirilmir. Buna hazır olsaydı, nəsə etməyə çalışardım, amma bundan çox tez imtina etdi.

Mbappenin Fransa çempionatında qalması üçün mübarizə aparmalıyıq. Çünki o, inanılmaz oyunçudur".

Mbappe və Makronun 2018-ci ildə "Yelisey" sarayındak görüşlərindən bəri daim əlaqə saxladıqları bildirilir.

Xatırladaq ki, fransalı hücumçunun "Real"la danışıq apardığı haqda xəbərlər yayılıb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
412 415 327 372 390 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.