reklam
Ləziz Gavalılı Şokoladlı Tort Ləziz Gavalılı Şokoladlı Tort https://take.az/uploads/posts/2022-05/thumbs/1651505159_lc999ziz-gavalc4b1lc4b1-c59eokoladlc4b1-tort-768x432.jpg
n2006

n2006 Mətbəx 12-05-2022, 20:00

Ləziz Gavalılı Şokoladlı Tort

Ləziz Gavalılı Şokoladlı Tort
Tort sevənlər üçün şokoladın və qara gavalının birləşməsindən ortaya çıxan dadlı tort.. LoaDinG.Az şokoladlı, qara gavalılı tortunun reseptini təqdim edir.

Tərkibi:

Xəmiri üçün:


380 qr un
40 qr kakao
5 qr qabartma tozu
çimdik duz
100 qr şəkər kirşanı
200 qr yumşaldılmış kərə yağı
1 ədəd yumurta
1 ədəd yumurta sarısı
1 çay qaşığı vanil ekstraktı
Kremi üçün:

500 ml 33-35%-lik soyuq qaymaq
200 qr mascarpone pendiri
100 qr şəkər kirşanı
100 ml 33-35% qaymaq
100 qr tünd şokolad
İçlik üçün:

150 qr qara gavalı
40 ml likör “Amaretto”
Qanaj üçün:

70 qr tünd şokolad
60 ml 20% qaymaq
Hazırlanma qaydası:

Korju hazırlamaq üçün bir qabda un, kakao, qabartma tozu və duzu qarışdırın. Başqa bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağıyla şəkər kirşanını mikserlə yaxşıca 2-3 dəqiqə çırpın. Üzərinə vanil ekstraktı, yumurta və yumurta sarısı əlavə edib qarışdırın. Quru qarışığı da əlavə edib xəmir yoğurun. Xəmiri dəzgahın üzərinə qoyub 5 bərabər hissəyə bölün. Kündələyib bir qaba yerləşdirin və üzərinə streç salafana keçirin. Xəmiri 1 saatlıq soyuducuya yerləşdirin.

Qara gavalı xırda doğrayıb dərin bir kasaya tökün. Üzərinə likör əlavə edin və streç salafan keçirib 3- 4 saatlıq kənarda saxlayın. Əgər quru gavalı qurusu istifadə edəcəksinizsə əvvəlcədən suda isladın.

Kündələri soyuducudan çıxarıb yağlı kağız üzərində oxlovla qalınlığı 3 mm olan diametri 18 sm dairələr yayın. Xəmirin üzərinə çəngəllə dəliklər açın. Soba sinisinə yağlı kağızı xəmirlə birlikdə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə bişirin. Eyni qaydayla qalan xəmirləri də bişirin. Dairəvi kəsdiyiniz xəmirlərin kəranlarından çıxan artıq hissələrdən 6-cı korju da yayıb bişirin. Hazır korjları soyudun.
Kremi hazırlamaq üçün isidilmiş qaymağa şokolad parçalarını əlavə eduib yaxşıca qarışdırın. Otaq temperaturunda soyuyan kütlənin üzərinə mascarpone və soyuq qaymağı əlavə edib mikserlə yaxşıca çırpn. Daha sonra şəkər kirşanı da əlavə edib yaxşıca çırpın.
Tortu yığacağınız qaba birinci korju yerləşdirin. Korjun üzərinə krem yaxın qara gavalının yarısını düzün. Bu qaydayla bütün korjları üst-üstə düzüb, krem yaxın və qara gavalı səpin. Tortun kənarlarına da krem yaxıb 4 saatlıq soyuducuya yerləşdirin.
Qanaj hazırlamaq üçün əridilmiş tünd şokoladın üzərinə isti qaymaq əlavə edib yaxşıca qarışdırın.
Tortu soyuducudan çıxarıb kənarlarından axıdaraq üstünü bəzəyin. Tortu 1 saatlıq soyucuduya yerləşdirin. Zövqə görə tortun üzərinə şokoladlı güllərlə və əridilmiş şokoladla bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
352 281 327 308 282 304

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.