n2006

n2006 Mətbəx 2-05-2022, 19:38

Çayın Yanına “Sırıqlı Yorğan” Piroqu

Çayın Yanına “Sırıqlı Yorğan” Piroqu
Kvadratlardan ibarət olduğu və yorğan kimi yumşaq olduğu üçün bu piroqa sırıqlı yorğan adı verilib. Dadlı piroqu hər gün bişirib çayın, qəhvənin yanına verə bilərsiniz. LoaDinG.Az sırıqlı yorğan piroqun reseptini təqdim edir.

Tərkibi:

Şokoladlı xəmir üçün:


160 qr un
150 qr şəkər tozu
100 ml bitki yağı
4 ədəd yumurta
2 xörək qaşığı kakao
2 çay qaşığı qabartma tozu
İçlik üçün:

300 qr kəsmik
2 xörək qaşığı nişasta
50 qr şəkər tozu
1 ədəd yumurta
2 çay qaşığı vanil
Hazırlanma qaydası:

Şokoladlı xəmiri hazırlamaq üçün bir qabda yumurtaların üzərinə şəkər tozunu əlavə edib mikserin zəif sürətiylə çırpın. Daha sonra ən yüksək sürətiylə yaxşıca çırpın. Üzərinə bitki yağı, qabartma tozu və kakao əlavə edib mikserlə yaxşıca qarışdırın.
İçliyi hazırlamaq üçün başqa bir qabda kəsmik, şəkər tozu, vanil, nişasta və yumurtanı yaxşıca qarışdırıb konditer torbasına tökün. 20×30 sm ölçülü formanı yağlayın. Şokoladlı xəmiri formaya yayıb hamarlayın. Daha sonra konditer torbasında olan içliyi zolaqlar formasında şokoladlı xəmirin üzərindən tökün. Əvəlcədən 180 dərəcə qızdırlmış sobada 30 dəqiqə bişirin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
542 524 496 516 461 479

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.