n2006

n2006 Mətbəx 7-05-2022, 13:00

Qaz Yağında Kartof Qızartması

Qaz Yağında Kartof Qızartması
Qaz yağı kartofu qızılı qəhvəyi olana qədər qızartmaq üçün idealdır və kartoflara maye yağdan daha yaxşı dad verir. LoaDinG.Az qaz yağında kartof qızartmasının reseptini təqdim edir.

Qaz Yağında Kartof Qızartmasının tərkibi:
1 kq təzə kartof
1 xörək qaşığı duz
120 qr qaz yağı
10 budaq rozmarin (bibəriyə)
10 diş sarımsaq
dəniz duzu
Qaz Yağında Kartof Qızartmasının hazırlanma qaydası:
Kartofu soyun, nişastasını çıxarmaq üçün soyuq suda yuyun. Və ya qabığını soymadan yaxşıca yuyun. Dərin bir qazana soyuq su və duz töküb qaynamağa qoyun. Qaynayan suya kartofları töküb 10 dəqiqə zəif odda bişirin və süzün. Əvvəlcədən sobanı 220 dərəcə qızdırın. Qaz yağını kənarları hündür soba qəlibinə qoyub qızdırılmış sobaya yerləşdirin. Qaz yağının əriyib qəlibin istiləşməyini gözləyin. Kartofu qızdırılan yağa töküb və hər 15 dəqiqədən bir çevirərək 1 saat yaxşıca qızardın. Bişirmə vaxtının son 20 dəqiqəsində qəlibə rozmarin və sarımsağı əlavə edin. Kartofun çöl hissəsi yaxşıca qızarıb xırtıldayırsa sobadan götürüb boşqaba qoyun və dəniz duzu səpin.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
382 444 435 371 370 403

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.