n2006

n2006 Mətbəx 10-05-2022, 17:26

Zərif Desert: Kokoslu Pudinq

Zərif Desert: Kokoslu Pudinq
Kokoslu pudinq, yaxınlarınızı və qonaqlarınızı mütləq sevindirəcək ekzotik dada və qeyri-adi quruluşa malik zərif desertdir. Kiçik bir ailəvi qonaqlıq və ya axşam çay süfrəsi üçün hazırlana bilər. LoaDinG.Az qonaqları təəccübləndirən zərif kokoslu pudinqin reseptini təqdim edir.

Kokoslu Pudinqin tərkibi:
350 ml kokos südü ( və ya inək südü)
3 ədəd yumurta sarısı
1,5 çay qaşığı kokos unu
2 xörək qaşığı kokos qırıntısı
60 qr buğda unu
60 qr şəkər tozu
5 qr vanil
Kokoslu Pudinqin hazırlanma qaydası:
Qazana buğda unu və soyuq südü töküb tel çırpıcıyla topaq qalmayacaq şəkildə yaxşıca qarışdırın. Başqa bir qabda ağından ayrılmış yumurta sarısı, şəkər tozu və vanili qarışdırın. Yumurtalı kütləni qazana südlü kütlənin üzərinə əlavə edib qarışdırın. Davamlı olaraq aşağı istilikdə qarışdıraraq qaynadın. Qaynayan kütlə qatı xama konsistensiyasında olmalıdır. Kokos qırıntısı və kokos ununu əlavə edib yaxşıca qarışdırın. Pudinqi ocaqdan götürüb üzərini streç salafanla örtün (qaysaqlanmasın deyə pudinqə təmas edərək yapışdırın).Soyuması üçün qazanı kənara qoyun. Daha sonra blenderlə çırpın və pudinq bakallarına bölüşdürün. Desertin üzərini zövqə görə rəngli kokos qırıntısı səpib zefirlə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
449 516 445 454 432 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.