Azer2

Azer2 İdman 12-05-2022, 23:00

Ronaldo ən yaxşı oyunçu seçildi, rekord qırdı

Ronaldo ən yaxşı oyunçu seçildi, rekord qırdı
İngiltərə Premyer Liqasında aprelin ən yaxşı futbolçusu müəyyənləşib.

Loading.az turnirin saytına istinadən xəbər verir ki, "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo ötən ayın ən yaxşısı seçilib. O, səsvermədə Kevin de Brüyne, Qabriel Jezus (hər ikisi "Mançester Siti" ), Leandro Trossard ("Brayton"), Tiaqo Alkantara ("Liverpul"), Son Hın Min ("Tottenhem"), Bruno Qimaraes ("Nyukasl") və Natan Kollinsi ("Bernli") qabaqlayıb .

Portuqaliyalı hücumçu apreldə çempionatda 4 matçda 5 qol vurub. Beləliklə, 37 yaşlı futbolçu karyerasında 6-cı dəfə Premyer Liqada ayın oyunçusu seçilib. Ronaldo klubun sabiq hücumçusu Ueyn Runini (5 mükafat) geridə qoyaraq bu göstəricidə klub rekorduna imza atıb.

Qeyd edək ki, Premyer Liqa rekordu isə 7 mükafatla "Mançester Siti"nin sabiq oyunçusu Serxio Aquero və "Tottenhem"in hücumçusu Harri Keynə məxsusdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 432 411 447 376 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.